Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi
12 dekabr tarixində icmamızda rejissor və jurnalist Mixail Qusmanın “Liderin ürəyi” sənədli filminin nümayişi keçirilib. Film Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunub.
Tədbir ümummilli liderin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də Azərbaycanın dövlət və ictimai xadimləri, mədəniyyət nümayəndələri iştirak ediblər.
Filmin müəllifi Mixail Qusman çıxış edərək filmin hazırlanması ilə bağlı xatirələrini bölüşüb və vurğulayıb ki, Heydər Əliyevin bütün həyatı Azərbaycan və xalqına xidmətə həsr olunub.
Fəxri qonaqlar arasında Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Polad Bülbüloğlu, yazıçı Elmira Axundova, jurnalist Aleksandr Budberq, SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, telejurnalist Şakir Əminbəyli, Anna İbrahimbəyova və digər hörmətli qonaqlar yer alıblar.