"Angels on the Roadside": sahibsiz itlərə həsr olunmuş layihə
Sərginin müəllifləri rəssam Marina Vəliyeva və heyvanları müdafiə edən Vüsalə Saydamdır. Ekspozisiyada sahibsiz itlərə həsr olunmuş 25 fot iş təqdim olundu. Layihə sənədli fotoqrafiya vasitəsilə diqqət, mərhəmət və laqeyd qalmamağın vacibliyindən bəhs edir.
Qonaqlar sərgi ilə tanış oldular, tematik açıqcalar və bukletlər əldə etdilər, balaca iştirakçılar isə it pəncəsi formasında hazırlanmış gips fiqurları rənglədilər.
Sərginin fəxri qonaqları fotoqraf və jurnalist İradə Əsədova, eləcə də aktrisa, aparıcı və əfsanəvi “Bakılı oğlanlar” KVN komandasının üzvü Yana Nikitina oldular.